• menu
  • Muzey Haqqında

    M.Ə. RƏSULZADƏNİN EV MUZEYİ HAZIRDIR – 140 İLLİK YUBİLEYƏ ƏZİZLƏRİMƏ HƏDİYYƏ! 31 yanvar 1884-ci ildə Bakının Novxanı kəndində Azərbaycan Dövlətinin yaradıcılarından biri - Məhəmməd Əmin Rəsulzadə anadan olub. Azərbaycan Demokratik Respublikasının lideri və Milli Şuranın rəhbəri haqqında mən, Rəsulzadənin silahdaşları ilə yaratdığı Azərbaycan Respublikasının vətəndaşı olaraq, bu gün 31 yanvar 2024-cü ildə onun anadan olmasından 140 il ötəndən sonra nə deyə bilərəm? Mənim üçün Rəsulzadə tamamilə müstəsna qabiliyyətlərə malik olan birinci Azərbaycanlı idi, nəhəng yaddaşa malik, doyumsuz elmi marağı və qeyri-adi iş qabiliyyəti ilə seçilirdi. O, gəzən ensiklopediya idi desəm, düşünürəm ki, mənimlə onun yoldaşları razılaşardı. 

    Ətraflı

    360 VIRTUAL TOUR