• menu
  •  

    “Hümmət” qəzeti

     

    1904-1905-ci illərdə Bakıda nəşr edilib. M.Ə.Rəsulzadə bu sosial-demokrat qəzetin redaktoru olub. Sonradan qəzetin nəşri dayandırılıb. 1917-ci ilin iyulun 3-də Bakıda “Hümmət” qəzeti N. Nərimanovun redaktorluğu ilə yenidən nəşrə başlayıb. M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Hümmət” Qafqazda türk (Azərbaycan) mətbuatı arasında partiya orqanı olmaq üzrə ilk qəzet olub.
    1904-1905-ci illərdə bu qəzetin 5-6 sayı çap edilir. 1917-ci ilin iyulun 3-də isə qəzet N.Nərimanovun redaktorluğu ilə yenidən Bakıda nəşrə başlayır.
    1905-ci il – “Hümmət” qəzetinin 3-cü sayında “Hümmətür-rical” (yəni, “Kişilərin hümməti (gücü) dağları qoparar”) adlı məqaləsi çap edilir. Və həmin yazıda birləşməyin, islama bağlılığın vacibliyini göstərir. M.Ə.Rəsulzadə həmin məqalədə yazırdı: “Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb (yaradıb) da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikir və fellərimizdən bir-birimizi halı etməliyiz”.

     
     
       
       

    “İrşad” qəzeti

     

    1905- ci ilin dekabrında Bakıda çıxıb. Gündəlik, siyasi-ictimai, iqtisadi, ədəbi qəzet olub. Yaradıcısı və redaktoru Əhməd bəy Ağayev olan bu qəzetin 46-57-ci nömrələrinin redaktorluğunu M.Ə.Rəsulzadə edib. M.Ə. Rəsulzadənin bu qəzetdə 49 yazısı nəşr edilib. 1906-cı il 5 yanvar – “İrşad” qəzeti ilə əməkdaşlığa başlayır, orada “Kənddə müsibət” məqaləsini çap etdirir. Bu məqaləsində o, erməni-müsəlman qırğınından bəhs edir, insanların bir-birini öldürməyindən, malını, əmlakını qarət etməsindən yazıb sonda bu fikri söyləyir:

    “Ey vətəndaşlar!
    Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!..”

    1906-cı il 16 fevral – “İrşad” qəzetində çap edilən “Qara pul” şerində ilk dəfə olaraq “Razi” təxəllüsünü işlədir:
    Raziya, bəsdi məzəmmət elədin qara pulu!
    Ürəfalan (arif adamlar) kəsib... etməz dəxi ülfət qara pul.

    1906-cı il 20 fevral – “İrşad” qəzetində ilk dəfə olaraq İran haqqında və buradakı proseslərdən yazır, “ədalətxana” məclisinə toxunur, məqaləsini bu sözlərlə bitirir: “Yaşasın İranda hürriyyət! Yaşasın İranda qanuni əsası!” 1906-cı il 3 mart – “İrşad” qəzetində “Çin müsəlmanları” adlı məqaləsini çap etdirir. Tehranda nəşr edilən qəzetlərin birinə istinadən bir doktorun Çinə səyahətində buradakı çoxlu bölgələrdə müsəlmanların yaşadığını, onların adət-ənənəsindən bəhs etdiyini yazır.

       
       
     

    “Təkamül” həftəlik qəzeti

     

    1906-1907-ci illərdə Bakıda nəşr olunub, 14 nömrəsi çıxıb, “Hümmət” təşkilatının orqanı idi. Qəzetin faktiki redaktoru M.Ə.Rəsulzadə olub. M.Ə.Rəsulzadənin bu qəzetdə 39 yazısı çap edilib. 1906-cı il 16 dekabr – “Təkamül” qəzetinin ilk sayında “Şeytan işinin nəticəsi” adlı məqaləsi çap edilir. Bu yazısında o, baş verən qırğın nəticəsində həm müsəlmanların, həm də ermənilərin fəlakət və səfalətə düçar olduqlarını qeyd edir. 1907-ci il 3 fevral – “Təkamül” qəzetinin 7-ci sayında məişətdən bəhs edən “Nagəhan bəla” adlı məişət mövzulu səhnə əsəri çap edilir. Bu əsərdə o, elmin əhəmiyyətini xüsusi qeyd edir, fəhlə tətillərindən danışır. 1907-ci il, 17 fevral – “Təkamül” qəzetində ilk dəfə olaraq Türkiyədən bəhs edən “Şurayi-Osmani” adlı məqaləsi çap edilir. O, bu məqalədə “Şurayi-Osmani” cəmiyyətinin 10 maddədən ibarət olan proqramını alqışlayır.

     
     
       
       

    “İrani-Nov” qəzeti

     

    1909-cu ilin avqustun 23-dən 1911-ci ilin mayın ortalarınadək M.Ə. Rəsulzadənin redaktorluğu ilə İranda – Tehranda nəşr edilib. “Gündəlik milli, siyasi, ictimai, iqtisadi, ədəbi, fənni, əxlaqi və məzhəbi” bir qəzet olub. İran demokratik hərəkatı tarixində əsaslı yer tutan bu qəzet Avropa üsulu ilə nəşr edilən mətbuat orqanı idi. M.Ə.Rəsulzadənin müxtəlif imzalarla 31 yazısı çap edilib. İmzasız dərc edilmiş yazılarının sayı isə 200- dən çoxdur. Qəzet adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıq göstərirdi. Buna görə də tez-tez nüfuzlu şəxslərin və digər qəzetlərin təzyiqinə məruz qalırdı. Səhifələrindən birində İvan Krılovun "Heyvanların konserti" təmsilinə iqtibas çap edən qəzet Sipəhdarın qəzəbinə tuş gəlmişdi.

       
       

    “İqbal” qəzeti

     

    1912-1915-ci illərdə Bakıda S. Eynullayev, C.İbrahimov, 1913-1914-cü illərdə isə Seyid Hüseyn Sadiq tərəfindən yayımlanıb. 1914-cü ildə 760-cı sayından 1915-ci ilə qədər M.Ə. Rəsulzadənin baş redaktorluğu ilə çıxıb. Ümumilikdə 923 sayı nəşr edilib.1913-cü il 28 aprel - “İqbal” qəzetində “Təzə kitablar” adlı yazısı çap edilir, yenidən ictimai-siyasi, mətbu fəaliyyətə başlayır. 1914-cü il – “İqbal” qəzetinin Baş redaktoru olur. 1914-cü il 10 may – Bədəlbəy Bədəlbəyovun nəzarətində olan, ümumi müdiri Soltanməcid Qənizadə olan “Altıncı rus-müsəlman məktəbi”ndə keçirilən ədəbi və mənəvi bir ziyafətə dəvət edilir, məktəb şagirdlərinin bəzilərinin türkcə, bəzilərinin isə rusca oxuduğu nəğməli, şeirli və lətifəli bir ədəbiyyat gününün iştirakçısına çevrilir. Bu haqda “İqbal” qəzetinin 11 may 1914-cü il sayında “Əbədi bir gün” adlı məqalə də nəşr etdirir.

       
       
     

    “Qardaş Köməyi” qəzeti

     

    1917-ci ilin mayında Bakıda nəşr edilib. M.Ə.Rəsulzadənin də redaksiya heyətində olduğu bu jurnalın yalnız bir sayı çıxıb. “Qardaş köməyi” – ədəbi, siyasi qəzet. Bakıda 1915-ci ildə on mindən çox tirajla çıxıb. Müharibədən zərər çəkmiş türk və müsəlmanlara yardım məqsədi daşıyıb. Redaksiya heyətində M. Ə. Rəsulzadə də olub. Bakıda 1915-ci ildə on mindən çox tirajla çıxıb. Müharibədən zərər çəkmiş türk və müsəlmanlara yardım məqsədi daşıyıb. Redaksiya heyətində M. Ə. Rəsulzadə də olub.

       
       
     

    “Müsavat” qəzeti

     

    10 sentyabr 1917 – 20 oktyabr 1917 – Bu qəzet “Müsavat” Partiyasının mətbuat orqanı olaraq M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə nəşr edilib. 1-ci sayında “Heyətitəhririyyə”, yəni “redaksiyadan” başlıqlı “Yürüdüyümüz yol” məqaləsi çap edilib. Qəzetin ümumilikdə 5 sayı nəşr olunub.