"Alın yazısı" verilişi - ANS TV 31. Yanvar 2016-cı il |
"Bədirlənmiş mAY" (sənədli film) - ANS TV 02. İyul 2016-cı il |
"Aprel səhəri" (sənədli film) - ANS TV 1. İyul 2016-cı il |
"Şəxsiyyət vəsiqəsi" - Məhəmməd Əmin Rəsulzadə - ANS TV 30. Yanvar 2016-cı il |
Əmin Olmağın yolu - ANS TV 1. İyul 2016-cı il |
|
ƏMİN OLMAĞIN YOLU O da yadımdadır ki, 1990-cı illərin sonunda, uzun axtrışlardan sonra Məmməd Əmin Rəsulzadənin nəvəsi, Azər bəyin oğlu Ramiz Rəsulzadəni tapdım Naxçıvanda. Onu həyat yoldaşı Zərri xanımla birlikdə təcili sürətdə təyyarə ilə Bakıya gətizdirdim. Bu prosesdə mənə ciddi dəstək olan Tahir Tahiroviç və Qahirə xanıma dərin minnətdarlığımı bildirirəm. Mən çox istəyirdim ki, Rəsulzadənin nəsli tanınsın, istəyirdim ki, uzun illər dərd-qəm içində yaşayan bu Azərbaycan qurucusunun nəvələri minnətdar Azəbaycan xalqının isti əhatəsində xoş günlər yaşasınlar. Bakıda Ramiz bəyin iştirakı ilə bir sıra verilişlər hazırladım və onu layiqincə cəmiyyətimizə təqdim etdim. Daim Bakıda qalması üçün biznesmen dostlarımla birlikdə ona bir mənzil də alıb hədiyyə etdik, işlə təmin etdik… Yaxşı xatırlayıram, çox qürurlu və alicənab insan idi, lakin elə bil hələ də Stalin vaxtından indiyə kimi, hələ də çətin və ağır həyat yaşayırdı. ANS-in ona bəxş etdiyi bu anlar, sözsüz ki, ona illərlə çəkdiyi dərdləri, çətin və ağır həyatı boyu özünü və əzizlərini müdafiə etmək üçün yaranan instinktlərinə son qoya bilməzdi. Qanla gələn qenetik Qeyrət hissi onu heç kimdən bir qəpik almağa belə imkan vermirdi. Qalmadı Bakıda, qayıtdı Naxçıvana… Həyatını da yaşadığı kimi səssiz-səmirsiz dəyişdi, fəhlə işləyərək, beli yüklü olsa belə, heç kimə belini əyməyərək, əliboş, lakin heç kimə əl açmayaraq getdi Kişi kimi. 2000-ci illərdə ANS TV və ANS Çingiz Mustafayev adına radioda artıq bu mövzuya həsr olunmuş daha geniş, daha maraqlı və daha elmi verilişlər yaratmağa başladım. Əziz və çox hörmət etdiyim Solmaz xanım Rüstəmova-Tohidi, Firdovsiyyə Əhmədova, Aydın müəllim Balayev, Nəsiman Yaqublu, Rafael Hüseynov və digər M.Ə.Rəsulzadə irsini öyrənən mütəxəssislərlə bir çox verilişlər yaratdım. “Pasport”, “Dahilərin Divanı” və onlarla digər veriliş və süjetlər Azərbaycan cəmiyyətində mövcud məlumat boşluğunu tədricən doldurdu və qurucuları layiqli ön sıraya qaldırdı! Bu minvalla hər yarpaqdan şeh yığaraq ANS öz fəaliyyəti dövründə ADR və onun təsisçiləri barədə onlarla veriliş və yüzlərlə reportaj hazırladı. - Azərbaycanın bir Dövlət kimi qurucuları barədə tam məlumatları hər bir evə gətirdi, vətəndaşların evlərinin ən yaraşıqlı güşələrində, şəxsi avtomobillərinin aynasında, məktəblilərin dəftərlərinin üzərində M.Ə.Rəsulzadənin təsvirləri və imzaları yer tapdı. |