• menu
  • Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və məfkurəçisi Azərbaycanın dövlətçilik tarixində şanlı və qürurverici mərhələni təşkil edən Azərbaycan Xalq Cümhuriyyəti - Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Şimali Azərbaycanda (Rusiya Azərbaycanında) yaranmış, 1918-ci ilin mayından 1920-ci ilin aprelinədək mövcud olmuş, Türk-müsəlman Şərqində ilk parlamentli respublika kimi tanınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris sülh konfransının 1920-ci il 11 yanvar tarixli qərarına əsasən müstəqil dövlət kimi tanınmış, dünyanın bir çox ölkələri ilə (Türkiyə, İran, Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Polşa, İsveç, İsveçrə, Latviya, Litva, Estoniya, Finlandiya, Rumıniya, Almaniya, Gürcüstan və d.) səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdır.
    Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətnin
    Parlamentininn iclasında çıxış edir, Bakı, 1918-ci il. (mərkəz sırada sağ tərəf)
     
       
    Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində aradan qaldırılmış, Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edilərək yenidən Rusiyaya ilhaq olunmuşdur. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.
    Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətnin
    deputatları ilə Parlamentinin önündə, Bakı, 1918-ci il. (üçüncü sıra, soldan dördüncü)
     
       
    Azərbaycanın dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətləri müasir Azərbaycan Respublikası üçün qürur mənbəyidir. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fıkir tarixinin ən mühüm məqamları, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şərait, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsi, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımları, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatları, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planları, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyəti, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizə, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatı, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyəti, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələlər öz əksini tapmışdır.

    Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Cümhuriyyətində Parlamentin İclası (birinci sıra sağdan ikinci)

     
       

    AZƏRBAYCAN PARLAMENTİNDƏ FƏALİYYƏTİ (1918-1920-ci illər) 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci ilin dekabrın 7-də, son iclas isə 1920-ci ilin aprelin 27-də olub. Yetərsay olmadığından bu iclaslardan 15-i baş tutmayıb. Qalan 130 iclasdan ikisi tarixi – 28 May və 15 Sentyabr 1919-cu il – Azərbaycan İstiqlalının və Bakının azad edilməsinin birinci ildönümü müzakirəsi ilə keçirilib. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan 230-a qədəri təsdiq edilib. Parlamentdə 11 komissiya fəaliyyət göstərib. Xaricə göndəriləcək 100 nəfər azərbaycanlı gəncin seçilməsi üçün parlament üzvlərinin – Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov və Abdulla Əfəndiyevdən ibarət xüsusi komissiya yaradılıb. Parlamentin fəaliyyəti dövründə M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyasının fəallığı ilə (partiyasızlar fraksiyası ilə birgə) hazırlanan torpaq islahatı haqqında 29 maddədən ibarət qanun layihəsi ümumxalq müzakirəsi üçün 1920-ci il fevral ayının 21-də “Azərbaycan” qəzetində çap edilir.

    M.Ə.Rəsulzadə Parlamentdə 2 komissiyada təmsil edilirdi: 1) Müəssislər Məclisini çağırmaq komissiyası; 2) Maliyyə-büdcə komissiyası. Parlamentdə çoxluğu təşkil edən “Müsavat” və bitərəflər fraksiyası idi ki, onların da ümumi sayı 39 nəfər idi. Bu fraksiyaya M.Ə.Rəsulzadə başçılıq edirdi. M.Ə.Rəsulzadə 130 iclası keçirilən Parlamentin 80-ə qədərində çıxış etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində aradan qaldırılmış, Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edilərək yenidən Rusiyaya ilhaq olunmuşdur. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsəv də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. 

    Azərbaycanın dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətləri müasir Azərbaycan Respublikası üçün qürur mənbəyidir. 

     

     

    “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fıkir tarixinin ən mühüm məqamları, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şərait, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsi, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımları, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatları, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planları, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyəti, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizə, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatı, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyəti, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi müh acirət və s. məsələlər öz əksini tapmışdır.

     

    Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçisi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və məfkurəçisi olmuşdur. 1917-ci ildə Rusiyada Fevral inqilabının qələbəsindən sonra M.Ə.Rəsulzadə milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada “Milli-məhəlli (ərazi) muxtariyyət” verilməsi uğrunda mübarizə aparır, Qafqaz müsəlmanlarının Bakı (1917, aprel) və Rusiya müsəlmanlarının Moskva (1917, may) qurultaylarında öz mövqeyini uğurla müdafıə edir. Moskva qurultayında onun Azərbaycan dilində etdiyi çıxışda irəli sürülən “Milli-məhəlli (ərazi) muxtariyyət” proqramı Əhməd Salikovun “milli-mədəni muxtariyyət” proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə qəbul olunur. Bu, Rusiyanın türk xalqları arasında M.Ə.Rəsulzadənin nüfuzunu daha da artırır. Nəticədə o, Rusiyanın gələcək dövlət idarəçiliyi formasını müəyyən edəcək Müəssislər Məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçilir. Lakin 1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada bolşevik irticası və yeni milli əsarət dövrü başlandı. Silah gücünə keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etmək siyasəti yeridildi.

    Məhəmməd Əmin Rəsulzadənin İstanbul, Trabzon və Batumidə Osmanlı  İmperiyası ilə Şimali Qafqaz və Zaqafqaziya Seyminin  nümayəndələri arasında aparılan danışıqları. 1918 -ci il may ayı (ikinci sıra, sağdan dördüncü)

     
    Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən Şaumyanın bolşevik-daşnak güruhu Azərbaycana “muxtariyyət” əvəzinə “məzarıstan” vəd etdi və 1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törədildi. Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən M.Ə.Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya dövləti yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə - Zaqafqaziya fraksiyası rəyasət heyətinin sədri kimi çıxışlar edir. Zaqafqaziya Seymi dağıldıqda, 1918-ci il mayın 27-də M.Ə.Rəsulzadə Batum konfransında iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq Azərbaycan Milli Şurasının (parlamentinin) sədri seçilir. Milli Şura Azərbaycanı müstəqil dövlət elan edir və M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi Xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır (1918, 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak- bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərir. 
    Məhəmməd Əmin Rəsulzadə Batum Konfransı, heyəti,  1918 (birinci sıra soldan altıncı)  
    Azərbaycanın və bütün Cənubi Qafqazın türk-müsəlman əhalisi qırılıb məhv olmaqdan qurtulur. Xüsusi vurğulamaq istərdik ki, M.Ə.Rəsulzadə dövlət xadimi və məfkurəçisi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökumət böhranının aradan qaldırılmasında böyük rol oynamış, istiqlalın qorunub saxlanması naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq istefasına razılıq vermişdir. O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə (M.Ə.Rəsulzadədən başqa Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idi) sədrlik etmiş, çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafiə etmiş, Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış, xüsusən Bakı məsələsində çevik və prinsipial mövqe tutmuşdur. M.Ə.Rəsulzadə 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır. Parlamentin təntənəli açılışında (1918, 7 dekabr) M.Ə.Rəsulzadə parlaq nitq söyləmiş və sonra gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. 
    Məhəmməd Əmin Rəsulzadə İstanbul Konfransı, Azərbaycan və Osmanlı heyəti, iyun 1918 (birinci sıra soldan ikinci)  
    Onun “...müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidarı- əhrarnəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir” sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışları ilə qarşılanmışdı. M.Ə.Rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə də qətiyyətli çıxışlar etmişdir. O, milli kadrların azlığına görə Universitetin açılmasını vaxtsız hesab edənlərə və başqa dildə açılmasına qarşı çıxanlara cavabında demişdir: “...Universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır, buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm ocağı türk dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin, bu, başqa dildə də olsa, Universitetin fəaliyyət göstərməsinə mane olmamalıdır. ... Universitetdə türk dili keçiləcək, tələbələrin özləri də Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər”. M.Ə.Rəsulzadə Universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir. 1920-ci il aprelin 27-də 11-ci Qırmızı Ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən M.Ə.Rəsulzadə qətiyyətlə bunun əleyhinə çıxmışdır. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublik asının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Lakin bir müddət sonra M.Ə.Rəsulzadə Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən

    M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dovründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğuna inandığını bildirirdi.